Pap-smear uşaqlıq boynunun erkən xərçəng öncəsi xəstəliklərini aşkarlamaq üçün xüsusi hazırlanmış müayinədir.

Uşaqlıq boynu xərçəngi reproduktiv sistemin şişləri arasında rastgəlmə tezliyinə görə 3-cü yerdədir.  1992-ci ilədək  uşaqlıq boynu xərçəngi ilə xəstələnmə azalırdı, lakin indi yenidən bu patologiyanın artması müşahidə olunur. Şişin əmələ gəlməsi tədricən bir-neçə il ərzində baş verir, ona görə də profilatik olaraq qadınların sitoloji müayinədən keçməsi çox vacibdir.

  • Cinsi pəhriz  - 2 gün
  • Kolposkopiya müayinəsindən 24 saat sonra
  • Vaginal USM müayinəsindən əvvəl
  • Vaginal şam qəbulundan 3 gün sonra verilməlidir.
  • Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür). 
  1. Preparatın keyfiyyəti
  2. Sitoqramma/təsvir
  3. Sitoqramma/xüsusiyyətlər
  4. Sitoqramma/digər tiplər:  qyri-kanserogen dəyişikliklər (aşkarlandığı təqdirdə)
  5. Əlavə dəqiqləşdirmə: spesifik infekison agent göstərilir (aşkarlandığı təqdirdə)