Məqalələr

Təngənəfəslik

Təngənəfəslik  nəfəs yollarındakı problemlərlə və ya ürək-damar sistemi ilə əlaqəli ola bilər. Orta hesabla 70 kq çəkili insan istirahət vaxtı  dəqiqədə 14-16 tənəffüs edir. Tez-tez nəfəsalma hiperventilyasiyaya səbəb olur.

Təngənəfəslik (dispnea) zamanı  onun sakitlik vəziyyətində yoxsa fiziki yüklənmədən sonra yarandığını aydınlaşdırmaq lazımdır. Həmçinin simptomun qəfləti yoxsa tədricən yaranması da etiologiyasını müəyyənləşdirməkdə rol oynayır.

Mümkün səbəblər:

  • Astma
  • Bronxit
  • Pnevmoniya
  • Pulmonar emboliya
  • Aritmiya
  • Allergik reaksiya
  • Piylənmə
  • Vərəm
  • Emfizema
  • Sarkoidoz
  • Qabırğanın sınığı
  • Dəm qazı ilə zəhərlənmə
  • Ürək çatışmazlığı
  • Ağciyər arteriyasında hipertenziya

Təngənəfəsliklə yanaşı sinədə ağrı, yorğunluq, başdönmə, ürəkgetməsi,öskürək, boyunda ağrı müşahidə oluna bilər.