Bu check-up paket niyə əhəmiyyətlidir?
Bu paket vasitəsi ilə , ətarflı araşdırma ilə vitamin və mineral çatışmazlığını izləməklə, vitamin və qida  əlavələrin qəbulu barədə qərar verə, istifadəsinin effektivliyini qiymətləndirə bilərsiniz.
Check-up paket tərkibində yoxlanılanlar:
- Sink,Zn
 - Yod,I idrar
 - Vitamin A
 - Vitamin B12
 - Dəmir,Fe
 - Maqnezium,Mg
 - Vitamin B9
 - 25-OH Vitamin D
 - Kalsium,Ca
 - Fosfor,P
 - Vitamin B1
 - Vitamin B2
 - Vitamin B6
 - Vitamin E
	
 
 - Vitamin B12 - orqanizmdə müxtəlif proseslərdə mühüm rol oynayır. DNT sintezi və enerji istehsalı üçün lazımdır, qırmızı qan hüceyrələrinin (eritrositlər) meydana gəlməsinə kömək edir, sinir sistemini və metabolik funksiyaları dəstəkləyir.
 - Vitamin D - onun əsas funksiyası kalsium və fosfor mübadiləsini tənzimləməkdir. Sümük toxumasının minerallaşma prosesini, sinir-əzələ əlaqəsini və metabolik reaksiyaları tənzimləyir. Süd vəzi və bağırsaq xərçənginin inkişafını ləngitməsi sübut edilmişdir.
 - Fol turşusu - normal qan yaranması üçün lazım, suda həll olunan B qrupu vitamindir. Vitamin B9 DNT və RNT, zülallar, bəzi amin turşularının sintezində iştirak edir. Sinir sistemi üçün vacib  xolin mübadiləsində rol oynayır.
 - Sink -  böyümə, inkişaf və bədən funksiyalarının düzgün işləməsi üçün lazım olan vacib bir mineraldır.
 - Maqnezium - sinir və əzələ sisteminin normal fəaliyyəti üçün lazım olan vacib bioloji aktiv elementdir.
 - Kalsium – Bu mineral, sümük toxumasının mühüm komponentidir. Orqanizmdə əsas struktur, metabolik və tənzimləyici funksiyaları yerinə yetirir.
 - Dəmir-  Hemoglobinin strukturunda olan mineraldır və oksigenin toxumalara daşınmasında və saxlanmasında, həmçinin toxumaların tənəffüs proseslərində iştirak edir.
 - Fosfor - sümük toxumasının əsas mineral komponentlərindən biri, mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün lazımdır.
 - Yod - qalxanabənzər vəzinin fəaliyyətində iştirak edir, tiroid hormonlarının ifrazını təmin edir. Hüceyrələrin böyüməsi ,mitoxondrial tənəffüsün tənzimlənməsi, natrium və hormonların membran üzərindən nəqli üçün lazımdır.
 - Vitamin A - immunitet sisteminin, görmə və reproduktiv funksiyaların normal saxlanmasına kömək edir, hüceyrələrarası əlaqə funksiyasını dəstəkləyir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.