Infolab

COVID-19 testi

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilmişdir.

Qaydalara əsasən, uçuşa hazırlaşan sərnişinlər uçuşdan əvvəl mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər. Uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. 

5 İyul 2020-ci il tarixindən etibarən uçuş üçün tələb olunan COVID-19 test nümunəsi yalnız “Ultralab” Sağlam Ailə Mikrorayon və Gəncə filialında qəbul edilir.

Müayinəyə gəlməzdən öncə (055) 2200 910 nömrəsinə zəng edərək və ya whatsapp vasitəsi ilə onlayn qeydiyyatdan keçmək mütləqdir.

Onlayn qeydiyyat üçün tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəniz
  • Bilet nömrəniz
  • Ümumvətəndaş pasportunuz 

Onlayn qeydiyyatdan keçən zaman öncədən Sizin üçün təyin olunmuş saatda müvafiq mərkəzimizə yaxınlaşacaqsınız.

Müayinə üçün tələblər:

Sizin üçün təyin olunmuş saatda COVID-19 testi üçün klinikaya gələn zaman acqarına olmağınız və ya son qida, maye qəbulundan 2-3 saat keçməsi mütləqdir.  

Ünvan: 

Bakı: Asif Məhərrəmov küçəsi 156C (3-cü mikrorayon dairəsindən Şamaxinkaya gedən yolda)

Gəncə: Azərbaycan bayrağı küçəsi (Gold Əminə Hipermarketin yanı)

Ətraflı məlumat: (055) 2200 910