Tibbi məlumatlar

Herpes nədir? Herpes infeksiyası nədən yaranır?

 

Herpes simplex virusu- daha çox herpes kimi tanınan bu virus, iki növə bölünür: herpes tip 1 (HSV-1 və ya oral herpes) və herpes tip 2 (HSV-2 və ya genital herpes).

Herpes 1 daha çox ağız ətrafında və dodaqlarda ( bəzən temperatur qabarcıqları və ya soyuq yaraları adlandırlır). HSV -1 nadir hallarda genital herpesin törədicisi olur ,lakin əsasən genital herpesin törədicisinə HSV-2 aiddir. HSV -2 ilə yoluxma zamanı,yaralar adətən genital və anal nahiyədə olur.  Baxmayaraq ki ,HSV-2 yaraları digər nahiyyələrdə də olur, lakin bu yaralar əsasən beldən aşağıda hissələrdə olur.

Herpes infeksiyası nədən yaranır?

  • Herpes simplex tip 1 ağız suyu və ya dəridə olan yaralardan, həmçinin öpmə zamanı,eyni diş fırçası və ya eyni qidalanma qablarından istifadə zamanı keçirilə bilər.
  • Herpes simplex tip 2 isə ümumiyyətlə, infeksiyaya yoluxmuş şəxsdən cinsi yolla yoluxa bilər. Yadda saxlamaq lazımdır ki, yaralar olmasa belə HSV-1 və HSV -2 nin yoluxması mümkündür.

Genital herpesə yoluxmuş qadınların doğuş zamanı herpesin uşağa keçməsi mövzusu ilə bağlı həkimlərinə müraciət etmələri məsləhət görülür.

Bir çox herpes viruslu fərdlərdə, inaktiv vəziyyətdə olan herpes, aşağıda qeyd olunan hallarda aktiv fazaya keçə bilər:

  • Ümumi xəstəliklər ( yüngüldən ağıra doğru)
  • Yorğunluq tükənmişlik zamanı
  • Psixi və emosional stress zamanı
  • İİV(HİV), kimoterapiya dərmanları və ya steroidlər səbəbindən immunitetin düşməsi
  • Yoluxma olan nayihədə travma, eyni zamanda cinsi akt zamanı
  • Mensturasiya

Herpes simplex-in hansı simptomları var?

Herpes simplex virusunun simptomları tipik olaraq virusa məruz qalmış nayihə ətrafında bir və ya çoxlu qabarcıqların -əsasən ağız, genital və rektum nayihəsində, əmələ gəlməsi ilə səciyyələnir. Bu qabarcıqlar daha sonra yaraya çevrilir.

Herpes simplex virusunun müalicəsi

Herpes virusun spesifik müalicəsi olmamasına baxmayaraq, müalicə ilə simptomlar yüngülləşdirilə bilir. Dərmanlar yayılmanın verdiyi ağrını azaldır və sağalma vaxtını tezləşdirir, həmçinin daha çox yayılmasının qarşısını alır. Genital herpes zamanı ağrını azaltmaq üçün isti duş qəbul edilə bilər.

Herpes simplex diaqnozu 

PCR üsuli ilə herpes I+II yaxma,qan,tüpürcək,bioptat,likvor,qan,konyuktivadan  , eyni zamanda qanda Herpes I və Herpes II virusunun ayrı ayrılıqda  İgG və İgM formaları İFA üsulu ilə yoxlanılması mümkündür.

Bu analizlər haqqında ətraflı məlumat və onlayn qeydiyyat üçün (012)910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 Whatsapp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.