Tibbi məlumatlar

İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.

İnsulin nədir?

Bədəndəki şəkər səviyyəsini nəzarətdə saxlayan və mədənin arxasında yerləşən mədəaltı vəz həzm sisteminin bir hissəsidir. Pankreas qanda şəkərin səviyyəsini tarazlaşdırmaq üçün insulin ifraz edir. İnsulin hormonu qanda qlükoza ilə balanslaşdırıldıqda, qaraciyər tərəfindən istehsal olunan qlükoza istehsalı ilə hüceyrələr tərəfindən istifadə olunan qlükoza nisbəti bərabərləşir. İnsulin qan şəkərini qandan ayırır və qlükozanın əzələ, qan, yağ və qaraciyər hüceyrələrinə daxil olmasını təmin edir.

Qaraciyər, əzələ və yağda toplanan insulin enerji istehsalında istifadə olunur. Qlükoza ifrazı az miqdarda olsa da, gün ərzində qaraciyər tərəfindən müəyyən fasilələrlə davam edir. Başqa sözlə, kifayət qədər insulinin sərbəst buraxılması ilə qandakı şəkər miqdarı balanslaşdırılırması ilə yanaşı eyni zamanda bədənin ehtiyac duyduğu enerji də təmin edilir.

Qanda insulin azlığı nədir?

Yetərincə insulin ifrazı olmadıqda qanda qlükoza toplanmağa başlayır. Hiperqlikemiya olaraq bilinən bu vəziyyət bir çox komplikasiyaya, xüsusilə böyrək zədələnməsinə, sinir zədələnməsinə və göz problemlərinə səbəb ola bilər. Pankreas tərəfindən insulin istehsalının dayandırılması zamanla 1- ci tip diabetə səbəb olur. 2-ci tip diabet xəstələrində insulin pankreasdan əmələ gəlsə də, hüceyrələr bu insulindən düzgün istifadə edə bilmir.

Qanda insulin yüksəkliyi nədir?

İnsulin yüksəkliyi, eyni zamanda insulin rezistentliyi, qanda şəkəri normal miqdarda saxlamaq üçün mədəaltı vəz tərəfin daha çox insulin ifraz edilməsidir. Bu vəziyyətin yaranmasının əsas səbəbi, insulin reseptorlarının funksiyalarının düzgün işləməməsidir. Bu zaman qanda yetəri miqdarda insulin olsa da, lazımi funksiyasını yerinə yetirə bilmir.

Zamanla mədəaltı vəz çatışmazlığına və diabetə səbəb ola bilən insulin yüksəkliyi, balanslı pəhriz, sağlam yuxu, idmanla məşğul olmaq və aktiv həyat tərzi yaşamaq kimi bəzi dəyişikliklərlə müalicə edilə bilər.

Qanda İnsulin miqdarını bilmək üçün, ac qarına yaxınlaşaraq Sağla Ailə Tibb Mərkəzində analiz verə bilərsiniz.

İnsulin  analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.