Tibbi məlumatlar

Koksaki (Coxsackie) Virusunun Əlamətləri və Müalicəsi

Koksaki virusu (Coxsackie virus) əsasən uşaqlarda rast gəlinən, lakin böyüklərə də keçə bilən enterovirus qrupuna aid bir infeksiyadır. Bu virus adətən yüngül gedişatlı olsa da, bəzi hallarda yüksək qızdırma, səpgilər və ağız içində yaralarla özünü göstərir. Diaqnoz üçün müasir laboratoriyada koksaki virusu analizi aparılması tövsiyə olunur. Aşağıdakı bölmələrdə koksaki virus nədir, necə keçir, hansı əlamətləri yaradır və ondan necə qorunmaq olar hamısını detallı şəkildə tapa bilərsiniz.

Koksaki virus nədir? 

Koksaki virusu nədir sualının cavabı enterovirusların A və B qruplarına aid, bir çox klinik formaya səbəb ola bilən yoluxucu mikroorqanizmdir. Daha çox “əl-ayaq-ağız xəstəliyi” ilə tanınan bu infeksiya xüsusilə 5 yaşa qədər uşaqlarda geniş yayılıb.
Virusun xüsusiyyətləri bunlardır:

  • Bədənə hava-damcı yolu ilə daxil olur,
  • Bağırsaq sistemində çoxalır,
  • İmmuniteti zəif olan şəxslərdə daha kəskin keçə bilir.

Koksaki infeksiyası əksər hallarda yüngül keçir və bir neçə gün ərzində keçib gedir. Lakin ağırlaşma riski olan uşaqlar və hamilə qadınlar mütləq həkim nəzarətində olmalı və  koksaki testi etdirməlidirlər.

Koksaki virusunun əsas əlamətləri 

Koksaki virus simptomları xəstənin yaşına və immun sisteminin vəziyyətinə görə dəyişsə də, ümumi əlamətlər aydındır. 
Ən çox rast gəlinən koksaki virusu əlamətləri bunlardır:

  • Yüksək hərarət
  • Boğaz ağrısı və udqunma çətinliyi
  • Ağız içində afta tipli ağrılı yaralar
  • Əllərdə, ayaqlarda və bəzən bədən səthində qırmızı səpgilər
  • Halsızlıq, iştahasızlıq
  • Bəzən qarın ağrısı və ishal

Əl-ayaq-ağız xəstəliyi zamanı səpgilər adətən xırda, su toplu görünüşdə olur. Uşaqlarda narahatlıq yaratdığı üçün qidalanmanı çətinləşdirə bilər. Unutmayın ki, vaxtında müalicə və düzgün qulluğun aparılması koksaki virusu müalicəsi prosesini xeyli yüngülləşdirir. Bunun üçün ümumi virus analizi tövsiyyə olunur.

Koksaki virusu necə yoluxur? 

Virus koksaki yüksək yoluxuculuğa malikdir və həm uşaqlar, həm də böyüklər arasında sürətlə yayıla bilər. 
İnfeksiyanın yayılma mexanizmi belədir:

  • Hava-damcı yolu- öskürək, asqırma zamanı
  • Təmas yolu - Virusa yoluxmuş əşyalara toxunduqda yoluxa bilir
  • Nəcislə yoluxma (oral-fecal yol)- xüsusilə uşaqlarda tez-tez rast gəlinir
  • Yaxın təmas- eyni oyuncaqları istifadə etmək, əl sıxmaq, ortaq əşyalardan istifadə

Virusun bədəndə gizli dövrü 3–6 gün arasındadır. Bu müddətdə xəstəlik hələ aşkar olmasa da, yoluxuculuq yüksək olur.


Koksaki virusundan qorunma yolları 

Virusdan qorunmaq üçün gündəlik gigiyena vərdişlərini gücləndirmək kifayətdir:

  • Əlləri mütəmadi olaraq sabunla yumaq
  • Uşaqların istifadə etdiyi oyuncaqları və səthləri dezinfeksiya etmək
  • Xəstə şəxslərlə yaxın təmasdan qaçmaq
  • Qida və su gigiyenasına diqqət etmək
  • Uşaqları xəstəlik əlaməti olduqda kollektiv yerlərə aparmamaq

Koksaki virusu müalicəsi əsasən simptomatikdir:

  • Hərarət salıcılar,
  • Bol maye qəbulu,
  • Ağız içi yaraları üçün rahatladıcı məhlullar,

İstirahət və düzgün qidalanma ən əsas yanaşmadır.
Kəskin simptomlar, uzunmüddətli hərarət və ya susuzlaşma varsa, virusdan şübhələnmək olar. Koksaki testi üçün “Sağlam Ailə”yə müraciət edin.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi