Leykosit səviyyəsi normaldan aşağı olarsa nə baş verir?
Leykosit sayı azalanda (leykopeniya) bədən infeksiyalara qarşı daha həssas olur və xəstəliklərə tutulma riski artır.
Tibbi məlumatlar
Leykositlər insanlar arasında “ağ qan” deyə bilinə hüceyrələr orqanizmi mikroblardan və zərərli toksinlərdən qoruyan immun sistemimizin mübarizə aparan hüceyrələridir.
Ağ qan hüceyarələri 5 növə ayrılır:
Leykosit miqdarının çox olma səbəbi nədir?
Leykosit çoxluğunu tək başına şərhi düzgün deyil. Leykosit dəyərini düzgün şərh etmək üçün neytrofil, limfosit, monosit, eozinofil və bazofil kimi leykositlərin alt növləri də nəzərə alınmalıdır. Adətən bakteriya, virus, göbələk və parazitlərin yaratdığı infeksiyalar qanda leykositlətrin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, dermatitə bənzər dəri iltihabı, revmatik xəstəliklər, iltihabi bağırsaq xəstəlikləri və infeksion olmayan iltihaba səbəb olan orqan xərçəngi ağ qan dəyərinin artmasına səbəb ola bilər. Leykosit yüksəkliyinə səbəb olan digər amillər aşağıdakı kimi göstərilə bilər:
Leykosit az olmasının səbəbi nədir?
Qanın kliniki analizi zamanı leykositlərin az olması leykopeniya adlandırılır. İnfeksiyaların əksəriyyəti leykosit dəyərində artıma səbəb olsa da, sümük iliyinə birbaşa təsir edən bəzi xəstəliklər leykopeniyaya səbəb ola bilər. Bununla birlikdə, bəzi viral və bakterial infeksiyalar leykosit azlığına gətirib çıxara bilər. Lupus, revmatoid artrit kimi revmatizmal xəstəliklər, aplastik anemiya və miyelodisplastik sindrom kimi sümük iliyi çatışmazlığı, sümük iliyi ilə əlaqəli xərçəng növləri, leykoz, immun sistemini zəiflədən autoimmun xəstəliklər, HİV virusu, kimoterapiya, radioterapiya, histoplazmaya bənzər göbələk xəstəlikləri, qaraciyər xəstəlikləri dalağın böyüməsi, dərman istifadəsi, vitamin çatışmazlığı və qidalanma pozğunluğu kimi səbəblər də leykosit səviyyəsinin azalmasına səbəb ola bilər. İmmun sistemi leykopeniya zamanı düzgün işləyə bilmədiyi üçün leykosit dəyərini normal həddə çatdırmaq son dərəcə vacibdir.
Leykositlər və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Laboratoriya xidmətimizdən istifadə edərək Leykosit dəyərləri qan analizini Sağlam Ailə Tibb Mərzində verə bilərsiniz.
Leykosit sayı azalanda (leykopeniya) bədən infeksiyalara qarşı daha həssas olur və xəstəliklərə tutulma riski artır.
Hər zaman təhlükəli deyil, çox vaxt infeksiya və ya iltihabın göstəricisidir. Lakin davamlıdırsa, araşdırılmalıdır.
Müalicə leykosit artımının səbəbindən asılıdır. Əsas məqsəd səbəbi tapmaq və onu aradan qaldırmaqdır.