Qarın ağrısı uşaqlarda ən çox rast gəlinən şikayətlərdən biridir və bu problem valideynləri tez-tez narahat edir. Bu ağrılar bəzən qısa müddətli və zərərsiz olsa da, bəzi hallarda orqanizmdə baş verən problemlərin ilkin əlaməti olaraq da özünü biruzə verə bilər. Bu, həm fiziki, həm də psixoloji səbəblərlə əlaqəli ola bildiyi üçün diqqətlə qiymətləndirilməlidir. Uşaqlar ağrını dəqiq ifadə edə bilmədiklərindən, valideynlərin müşahidəsi və vaxtında reaksiya çox önəmlidir.
Uşaqda qarın ağrısının ən çox rast gəlinən səbəbləri
Səbəbləri yaşa və həyat tərzinə görə dəyişə bilər.
Ən çox qarşılaşılan səbəblər bunlardır:
- Qaz toplanması və həzm sistemi problemləri
- Qəbizlik və ya ishal
- Qida dəyişiklikləri və qida həssaslığı
- Bağırsaq infeksiyaları
- Həddindən artıq yemək və ya düzgün qidalanmama
Bu səbəblər adətən yüngül xarakter daşıyır və düzgün yanaşma ilə qısa müddətdə aradan qalxır.
Qarın ağrısı hansı xəstəliklərin əlaməti ola bilər?
Bəzi hallarda ağrılar daha ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Qarın ağrısı səbəbləri arasında aşağıdakı xəstəliklər də istisna edilmir:
- Bağırsaq infeksiyaları
- Sidik yolları infeksiyası
- Parazitar xəstəliklər
- Apendisit (xüsusilə kəskin və sağ tərəfli ağrılarda)
- Qastrit və reflüks
Əgər ağrı şiddətlidirsə, uzun müddət davam edirsə və digər simptomlarla müşayiət olunursa, mütləq həkim müayinəsi lazımdır.
Stress və psixoloji faktorların qarın ağrısına təsiri
Uşaqlarda ağrılar hər zaman fiziki səbəblərlə bağlı olmur. Məktəb stressi, qorxu, həyəcan və emosional gərginlik də uşaqda qarın ağrısı hissinin yaranmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə səhərlər və məktəbə getməzdən əvvəl özünü daha çox göstərir.
Psixoloji mənşəli ağrılar adətən:
- Müayinə zamanı fiziki problem tapılmadıqda
- Stressli situasiyalarla üst-üstə düşdükdə
- Uşaq sakitləşdikdə azaldıqda müşahidə olunur.
Sadalanan bu göstəricilər olarsa, vəziyyətin psixoloji olduğunu təxmin etmək olar. Amma yenə də daha dəqiq cavabı təyin etmək üçün həkim yoxlanışında fayda var.
Qarın ağrısı zamanı valideynlər nə etməlidir?
Valideynlər üçün ən vacib məsələ panikaya düşmədən uşağın vəziyyətini düzgün qiymətləndirməkdir. Yüngül hallarda istirahət, maye qəbulu və qidalanmanın tənzimlənməsi faydalı ola bilər.
Aşağıdakı hallarda isə həkimə müraciət etmək mütləqdir:
- Ağrı şiddətli və davamlıdırsa
- Qusma, hərarət və halsızlıq varsa
- Qarın şişkin və sərtdirsə
- Uşaq qidalanmadan imtina edirsə
- Ağrı gecə yuxudan oyadırsa
Əgər uşağınızda tez-tez və ya səbəbi bilinməyən qarın ağrıları müşahidə edirsinizsə, vaxtında müayinə çox önəmlidir. Sağlam Ailə-də uşaqlarda qarın ağrısının səbəbləri pediatr müayinəsi və lazım olan analizlərlə dəqiqləşdirilir, vəziyyətə uyğun təhlükəsiz və effektiv müalicə yolları təqdim olunur. Burada uşağınızı rahatlıqla yoxlada və peşəkar tibbi dəstək ala bilərsiniz!