Tibbi məlumatlar

Yeni ildə qidalanma necə olmalıdır?

Yeni il bayramı əksər insanlar üçün bol süfrə, müxtəlif təamlar və qidalanma rejiminin pozulması deməkdir. Bayram günlərində həddindən artıq yağlı, qızardılmış və şəkərli yeməklərin qəbulu düzgün qidalanma prinsipini arxa plana atır və bu da həm həzm problemlərinə, həm də çəki artımına səbəb olur. Halbuki Yeni ildə sağlam qidalanma mümkündür və bunun üçün sərt pəhrizlərə ehtiyac yoxdur. Balanslaşdırılmış qida rasionu ilə bayram süfrəsindən zövq almaqla yanaşı, sağlamlığı qorumaq olar. Əlavə olaraq, uşaqlar üçün düzgün qida seçimi haqqında məlumatı uşaqların sağlam qidallanması səhifəsindən öyrənmək mümkündür.

Yeni ildə düzgün qidalanma rejimi necə qurulmalıdır?

Yeni ildə düzgün qidalanma rejimi qurarkən əsas məqsəd tamamilə məhdudlaşdırmaq deyil, balanslaşdırmaqdır. Bura gün ərzində yeməklərin vaxtında və ölçülü qəbulu aiddir Bayram günlərində yemək zamanı uzun fasilələrlə ac qalmaq və daha sonra çox yemək düzgün qidalanma rejimini pozur. Bunun əvəzinə günə yüngül səhər yeməyi ilə başlamaq, günə yaymaq və axşam saatlarında porsiyaları azaltmaq daha uyğundur. Su qəbulunu artırmaq vacibdir və bu, orqanizmin yüklənməsinin qarşısını alır. Qida pozulmaları və həzm problemləri haqqında daha ətraflı məlumat üçün qida intoleransı səhifəsinə baxa bilərsiniz.

Bayram süfrəsində sağlam qidalar hansılardır?

Bayram süfrəsində sağlam qidalar seçmək Yeni ildə düzgün qidalanmanın əsas şərtlərindən biridir. Qızardılmış yeməklərin zərərləri nəzərə alındıqda, sobada bişmiş yeməklər və buğda hazırlanmış təamlar daha məqsədəuyğundur. Balıq, ağ ət və tərəvəz əsaslı yeməklər ideal seçimdir. Bayram süfrəsində təzə tərəvəz salatları qidalanmanı balanslaşdırır və ağır yeməklərin təsirini azaldır. Souslu və mayonezli yeməklər əvəzinə zeytun yağı və limon əsaslı əlavələr seçmək düzgün qidalanma üçün daha faydalıdır. Həmçinin, mədə problemləri və reflüks ilə bağlı məlumatı mədə yanması (refüks) səhifəsindən əldə etmək olar.

Yeni il bayramında qida rasionunda yol verilən əsas səhvlər

Bayram günlərində düzgün yemək rasionu qaydaları pozulduqda ən çox rast gəlinən səhvlərdən biri porsiya ölçüsünə nəzarətsiz yanaşmadır. Düzgün qidalanma yalnız qidanın növü ilə deyil, miqdarı ilə də bağlıdır. Şirniyyatların və qazlı içkilərin həddindən artıq qəbulu balansI pozur və orqanizmə əlavə yük yaradır. Eyni zamanda, gec saatlarda ağır yeməklər qəbul etmək təbii qidalanma prinsipinə ziddir. Bayram süfrəsində sağlam qidalar olsa belə, həddindən artıq yemək düzgün qidalanma məqsədinə mane olur və bayram sonrası narahatlıqlara səbəb olur. Fərdi qidalanma və sağlamlıq analizi üçün dietoloji paket səhifəsinə baxa bilərsiniz.

Balanslaşdırılmış və sağlam qidalanma menyusu nümunələri

Balanslaşdırılmış qidalanma bayram günlərində də tətbiq oluna bilən ən effektiv yanaşmadır. Menyunun tərkibində zülal, lif və faydalı yağların düzgün nisbətdə yer almasını nəzərdə tutur. Səhər yeməyində yüngül zülallı qidalar, günorta sobada bişmiş yeməklər və axşam tərəvəz əsaslı  qida rasionu daha uyğundur. Bayram süfrəsi ilə gündəlik yeməklər arasında tarazlıq vacibdir. Bu yanaşma həm orqanizmi nəzarətdə saxlamağa, həm də bayram ab-havasından imtina etməməyə imkan verir.
Bayram günü düzgün qidalanma uzunmüddətli sağlamlıq üçün atılan kiçik, amma vacib addımdır. Yeni ilə doğru seçimlərlə başlamaq istəyirsinizsə, Sağlam Ailə ilə addım atın.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi