Konfranslar

"Allerqologiyada Müasir Diaqnostika" 2

22 oktyabr 2018-ci il “Sağlam Ailə” Ultralab Mərkəzinin təşkilatçılığı ilə Hilton hotelində “Allerqologiyada Müasir Diaqnostika” mövzusunda 2-ci konfrans keçirilib.

Konfransda Azərbaycanın və Ukraynanın müvafiq tibb müəssisələrinin nümayəndələri ilə yanaşı, yerli tibb müəssisələrinin həkimləri iştirak edib.

Konfransı giriş sözü ilə Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidenti, professor, t.e.d, ə.e.x. Amaliya Əyyubova açaraq, “Azərbaycan Respublikasında allerqopatologiyaların strukturu, müasir diaqnostika imkanları və müalicəsi” mövzusu haqqında iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Kliniki İmmunologiya, Allerqologiya və “Forpost” laboratoriyasının baş direktoru, Ukrayna məktəbinin “Molekulyar Allerqologiya və İmmunologiya” bölməsinin prezidenti Nazarenko Aleksandr Pavloviç “Molekulyar allerqologiyaya giriş” mövzusu üzrə çıxış edib.

Qonaq məruzəçilər arasında yer alan Otolarinqologiya, Allerqologiya sahələri üzrə alim, tibb elmləri doktoru, Ukraynanın əməkdar həkimi, “Yuxarı Tənəffüs Yollarının və Qulaq Allergik xəstəlikləri” mərkəzinin baş köməkçisi, professor Qoqunskaya İnna Vladimirovna “Rinitin allergen molekulları” mövzusu haqqında öz dəyərli fikirlərini bölüşüb.

“Pediatriya və Mama-ginekologiya” və Dövlət İnstitutunun “Uşaqlarda Respirator Allerqozlar və Tənəffüs Sistemi Xəstəlikləri” bölməsinin baş elmi işçisi, professor Umanes Tatyana Rudolfovna öz çıxışında “Astmanın allergen molekulları” mövzusundan söz açıb.

Sonda isə “Seliakiya Ukrayna cəmiyyəti”nin prezidenti, “Kliniki Allerqologiya” şöbəsinin elmi işçisi, allerqoloq, dietoloq Naumova Olqa Aleksandrovna “Qida məhsullarında risk molekulları”, “Forpost” laboratoriyasının direktoru, yüksəkixtisaslı həkim allerqoloq-immunoloq, uşaq allerqoloqu Nazarenko Qalina İvanovna isə “Ukraynalıların sensibilizasiya profilinin ilkin tədqiqatları” ilə bağlı məruzələri dinlənilib.

Konfransın sonunda mövzular ətrafında müzakirələr aparılıb və həkimlərin sualları cavablandırılıb. İştirakçılar ölkəmizdə tibb sahəsinin ən aktual mövzularından olan allergiya haqqında keçirilən konfransın yekunlarının xəstəliklərin daha dərindən öyrənilməsi üçün çox faydalı olduğunu qeyd ediblər.

"Sağlam Ailə" mütəmadi olaraq həkimlərin maariflənməsi üçün konfranslar, seminarlar təşkil edir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi