Tədbirlər

"Ailənizin sağlamlığı sizin sığortanızdır!" – Gəncə

“Sağlam Ailə” Tibb Mərkəzi və “Günay Sığorta” nin təşkilatçılığı ilə koronavirusla bağlı sosial layihə bu dəfə Gəncə şəhərində reallaşdırılıb. Layihə çərçivəsində şəhərin müxtəlif nöqtələrində vətəndaşlara dezinfeksiyaedici məhlul, salfet və maarifləndirici materiallar paylanılıb. Eyni zamanda vətəndaşlara zəruri olmadığı halda evdən çıxmamaqları, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə riayət etmələri söylənilib. Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində regionlarda da cari fəaliyyət davam etdiriləcək. Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyəti düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır. Hər bir vətəndaş bu çağırışlara həssas yanaşmalıdır, çünki "Ailənizin sağlamlığı sizin sığortanızdır!".