Tədbirlər

Sağlam Ailə Tibb Mərkəzinin Xırdalan filialının açılış mərasimi

Sağlam Ailə Tibb Mərkəzinin strateji inkişaf proqramına uyğun olaraq pasiyentlərin rahatlığının təmin edilməsi məqsədilə 16 mart 2017-ci il tarixində Xırdalan şəhərində yeni filialının açılış mərasimi keçirilib. AAAF Park Yaşayış Kompleksinin daxilində yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş mərkəzdə pasiyentlərə yüksəksəviyyəli xidmət göstərmək üçün hər bir şərait yaradılıb.

Xırdalan filialının açılmasında məqsəd artıq Abşeron rayonu ərazisindəki əhaliyə də Sağlam Ailə Tibb Mərkəzinin mütəxəssis həkim heyəti əhaliyə keyfiyyətli tibbi xidmət göstərməkdir. Filial şəbəkəsinin genişləndirilməsi Sağlam Ailə Tibb Mərkəzinin müasir inkişaf konsepsiyasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Mərkəz ölkədə tibb sahəsinin inkişafına istiqamətlənmiş layihələr təşkil etməklə yanaşı, Azərbaycanın tibb sahəsinə öz töhfəsini verir.