Səyyar müayinələr

Nardaran qəsəbəsi

Əhalinin reproduktiv sağlamlığının qorunması “Sağlam Ailə” Tibb Mərkəzinin əsas məqsədlərindən biridir. Məhz bu məqsədlə Sağlam Ailə Tibb Mərkəzi ölkə əhalisinin tibbi müayinədən keçirilməsi üçün mütəmadi şəkildə respublikanın bir çox rayon, şəhər və qəsəbələrində səyyar tibbi müayinə aksiyaları təşkil edir.

Belə aksiyalardan biri 20 iyul 2017-ci il tarixində “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində səyyar tibbi müayinə keçirilib. Səyyar tibbi müayinə zamanı terapevt, endokrinoloq, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq həkimlərin yoxlanışından və ultrasəs müayinəsindən keçən 216 sakinin sağlamlıq vəziyyəti müəyyən edilib.

Qəsəbənin mədəniyyət evində keçirilən aksiyada iştirak edən sakinlərə “Qanın kliniki analizi” üçün xüsusi kupon verilib.