Covid-19 PZR ( əsnəkdən sıyrıntı)

95 Azn

PZR analizi nədir?

Test üçün xəstənin burun və boğazından xüsusi çubuq vasitəsi ilə yaxma(sıyrıntı) yolu ilə material götürülür. Götürülən material xüsusi maye daxilində labaratoriyaya göndərilir. Polimeraz Zəncirvari Reaksiya (PZR) üsulu istifadə edilərək nukleik asit amplifikasiyası yolu ilə Covid 19 virusunun RNT si tapılır.

PZR analizi nə zaman verilir?

Covid 19 virusunun PZR üsulu ilə yoxlanılması  zamanı virusun aşkarlanması  adətən yoluxmanın ilk 7 günündə baş verir.  Daha sonra virus tənəffüs yollarına düşərək burun boğazda aşkarlanmaya  bilər. Bununla yanaşı virusun 28 günlə kimi PZR pozitiv nəticələnməsi  istisna olunmur.

Bu səbəbdən analizin verilmə vaxtı və şəraiti  böyük əhəmiyyət daşıyır. Simptomlar varsa və PZR neqativdirsə bu virusun olmasını inkar etmir.  Bu zaman qanda anticisimlərin yoxlanılması məsləhət görülür.

Qeyd: Uçuşlar üçün Covid 19 PCR analizi verilməlidir.

Müayinəyə yaxınlaşan zaman tam ac qarına olmaq və ya son qida(su içmək,yemək yemək,saqqız çeynəmək,siqaret çəkmək,burun və boğazı yaxalamaq) qəbulundan 3-4 saat sonra yaxınlaşmaq lazımdır.

Ümumi simptomlar:

  • Qızdırma
  • Quru öskürək
  • Nəfəsalmanın çətinləşməsi
  • Mədə bağırsaq traktının pozulması
  • İshal
  • Ümumi mədə ağrısı
  • İybilmə və dadbilmənin itməsi

Ağır simptomlar

  • Yüksək hərarət (40 C və daha çox)
  • Pnevmoniya
  • Nəticə NEQATİV isə bu materialda Covid 19 virusunun tapılmadı.
  • Nəticə POZİTİV isə bu materialda Covid 19 virusu tapıldı.
  • Qeyd: Covid -19 PZR analizi analiz götürülən vaxt virusun olub olmaması haqqında  məlumat verir. Əvvəli və sonrası haqqında məlumat vermir