Vitamin B12 orqanizm tərəfindən sintez olunmayan, ancaq qida vasitəsi ilə orqanizmə daxil olan vitamindir. Sağlamlıq cəhətdən çox vacib olan bu vitamin suda həll olan vitaminlər qrupuna daxildir. B12 vitamini sinir sisteminin qruluşunu və funksiyalarını qorumaqla yanaşı immun sistemdə və qan istehsalında da xüsusi əhəmiyətlidir.
Yalnız heyvani qidalarda olması səbəbindən, ət, yumurta, balıq və digər heyvani qidaları istifadə etməyən şəxslərdə B12 vitamini əskikliyinə rast gəlinə bilər. Bu zaman sinir sisteminin zəifləməsi, unutqanlıq, diqqətin yayınması, anemiya kimi bir çox narahatlıqlar meydana gələ bilər.
B12 vitamini tərkibi
B12, B qrupu vitaminlərdə yer alan və kobalamin olaraq da adlandırılan, suda həll olan bir vitamindir. Nazik və yoğun bağırsaqda olan bakteriyalar tərəfindən az miqdarda sintez olunsa da bunun orqanizmdə istifadəsi çox azdır. Orqanizmdə toplanması çox az olduğundan xaricdən mütləq qəbul olunmalıdır. Kobalamin adlandırılmasının səbəbi qruluşunda kobalt elementinin olmasıdır.
B12 tərkibli qidalar üçün linkə keçid edin
Bütün bunlarla yanaşı hamiləlik zamanı vitaminin yetərli miqdarda qəbul olunması xüsusi əhəmiyətə sahibdir. Belə ki uşaqların sinir sistemində rast gəlinə biləcək patologiyaların qarşısının alınması məqsədi ilə yetərli miqdarda qəbul olunması vacibdir.
B12 vitamini çoxluğu və B12 vitamini yüksəkliyi səbəbləri
B12 yüksəkliyi davamlı olaraq dərman qəbul etməyən insanlarda nadir hallarda rast gəlinir. Şüursuz şəkildə qəbulu, qanda normadan çox olmasına gətirib çıxarır. Bunun xaricində böyrək və qaraciyər çatışmazlığı olanlarda, qan xərçəngi başda olmaqla bəzi xərçəng növlərində bu vitaminin yüksəkliyinə rast gəlinə bilir.
B12 əksikliyi haqqında
B12 əksikliyi, yüksəkliyinə nisbətən daha çox rast gəlinən bir vəziyətdir. B12 əksikliyi adətən iki əsas səbəbi vardır. Bunlardan biri qidalanma ilə yetərli miqdarda vitamin qəbul olunmamasıdır. Heyvani qidaların qəbul olunmaması və ya hamiləlik, südəmər dövründə vitamin ehtiyacının artması nəticəsində yetərli miqdarda qəbul olunmamasıda bunun ən çox rast gəlinən səbəbidir.
İkinci səbəb isə həzm sisteminə təsir edən xəstəliklər nəticəsində qəbul edilən B12 nin bağırsaqlar tərəfindən sovrulmaması və istifadəsinin azalmasıdır. Qida ilə kifayət qədər vitamin qəbulu varsa, endoskopiya və ya kolonoskopiya kimi diaqnostik metodlarla səbəb araşdırılmalıdır.
B12 vitamini çatışmazlığı əlamətləri nələrdir?
B12 çatışmazlığı nəticəsində əsas olaraq anemiya yaranır. Anemiya əlamətləri:
- Dəriniz solğun və ya sarı görünür;
- Başgicəllənməsi;
- İştahın olmaması;
- Çəki itkisi;
- Əllərdə və ayaqlarda uyuşma və ya qarışqa yeriməsi hissi;
- Sürətli ürək döyüntüsü və sinədə ağrı;
- Əzələlər zəifləməsi;
- Tez-tez əhvalın dəyişməsi;
- Unutqanlıq.
B12 nin faydaları nələrdir?
B12 qırmızı qan hüceyrələrinin istehsalında, sinir sistemində elektrik siqnallarının keçiriciliyinin sürətləndirilməsində, maqnezium, sinkkimi bir çox mineralın funksiyalarına kömək edən, Mielin və DNT istehsalında Fol turşusu ilə birlikdə rol oynayaraq, orqanizm üçün çox vacib funksiyaları yerinə yetirir.
İnsan orqanizmə her dəqiqə davamlı olaraq milyonlarla eritrosit hüceyrəsi istehsal edir. Bunun üçün B12 vitamini lazımdır. Əgər səviyyələri çox aşağıdırsa, eritrosit hüceyrələrinin istehsalı azalır. Eritrositlərin sayının azalması anemiyaya səbəb olur.
B12 analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.